Sumqayıt şəhərindəki Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Nəzər Atayev tərəfindən icra olunan "Gənclərin antinarkomaniya klubu" layihəsi çərçivəsində ilk seminar baş tutub. Tədbirdə çıxış edən Nəzər Atayev layihənin məqsədi, qarşıya qoyulmuş vəzifələr, Gənclər Fondu haqqında geniş məlumat verib.
Daha sonra müstəqil ekspert Emil Maqalov iştirakçılara narkomaniyanın fəsadları, törətdiyi xəstəliklər və həmin xəstəliklərin yayılmasına qarşı görülən tədbirlər, narkotik maddələrə aludə olmuş şəxslərin cəmiyyətə yenidən inteqrasiya etmələri üçün müalicə üsulları, bu sahədə görülən maarifləndirmə işləri və s. haqqında danışıb.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib. Sonda iştirakçıların sualları cavablandırılıb Layihənin əsas məqsədi ümumi maarifləndirmə işləri aparmaqla gənclər arasında narkomaniyanın qarşısının alınmasına dəstək olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB