Rabitə və yüksək texnologiyalar naziri Şirvan şəhərində vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Ramin Quluzadə ilə görüşdə Hacıqabul, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edib.
Vətəndaşların müraciətləri rabitə xəttinin çəkilişi və işə qəbulla bağlı olub. Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq. Nazir müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı yerindəcə tapşırıqlar verib. digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Nazir R.Quluzadə Şirvan Telekomunikasiya qovşağının inzibati binasında aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirdib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB