Gəncəyə 10 sm qar yağıb

Gəncə şəhərində 10 santimetr qalınlığında qar yağıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, Gəncə ilin ən şaxtalı havalarını yaşayır. Qarlı hava şəraiti sürücüləri tədbir görməyə məcbur edib. Avtomobillərin təkərlərinə zəncirlər taxılıb. Səhər saatlarından başlayaraq 20-dən artıq texnika şəhərin küçə və prospektlərində yolların qardan təmizlənməsi işini həyata keçirir. Yollara qum və duz səpilir. Avtomobillərin rahat gedişi üçün şərait yaradılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə