Həftə sonunun hava proqnozu açıqlanıb

Həftə sonunun hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinə gəlincə, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olıacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə