Bu gün Dünya Xəstələr Günüdür

Bu gün Dünya Xəstələr Günüdür

1993-cü ildən hər il fevralın 11-i Dünya Xəstələr Günü kimi qeyd olunur. Bu əlamətdar Gün Roma Papası II İohann Pavel tərəfindən 1992-ci il mayın 13-də təsis edilib. Tarixin seçilməsi isə katoliklərin hər il fevralın 11-də sağlamlıqları üçün dua etmələri ilə bağlıdır.

Bu Günün təsis olunması əsasən sosial addım hesab olunur. Belə ki, 11 fevral bir sıra xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur, sağlamlıq və sağlam həyat tərzi istiqamətində profilaktik addımlar atılır.

Bütün xəbərlər Facebook səhifəmizdə