YAP-ın rayon təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir FOTOLAR
Səbail rayonu
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının XI konfransının keçirilməsinə hazırlıq işləri ilə bağlı Səbail ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Məmmədəli Məmmədzadə hesabat məruzəsi ilə çıxış edib. YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək, dinamik inkişaf edən ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərdə yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolundan bəhs edib.

Yığıncaqda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov çıxış edərək ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdi.
Hesabat məruzəsi yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab olunaraq, qəbul olunub.
Yığıncaqda Məmmədəli Məmmədzadə yenidən ərazi ilk partiya təşkilatının sədri, Tamilla Bağırova və Anar Vəliyev sədr müavinləri, 13 nəfər yeni idarə heyətinin üzvləri, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından 17 nəfər nümayəndələr seçilib.
Qobustan
YAP Qobustan rayon təşkilatı Qobustan rayon Mədəniyyət və turizm şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Soltan Şəhriyar hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev 1992-ci ildən təsis edilmiş Yeni Azərbaycan Partiyasının ağır, çətin sınaqlardan uğurla çıxaraq Azərbaycan Respublikasının müstəqilliyini Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qorunub- saxlanıldığını deyib. Bildirib ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının sıralarının genişlənərək, 700 minə çatması xalqın inamının bariz nümunəsidir.
Məruzə ətrafında çıxış edən partiya fəallarından Zaur Cəfərov, Anar Əkbərov, Daşqın Ağayev, Cahangir Cahangirov və digərləri çıxış edərək ötən dövr ərzində ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məslələrə baxılıb. Soltan Şəhriyarı yenidən Qobustan rayon Mədəniyyət və turizm şöbəsi ilk partiya təşkilatının sədr, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatından 18 nəfər nümayəndə seçilib.
Ağdam
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar olaraq hesabat-seçki yığıncaqları davam etməkdədir. Növbəti hesabat-seçki yığıncağı YAP Ağdam rayon təşkilatı Təzəkənd qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Samir Paşayev gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib. Digər çıxış edənlər Yeni Azərbaycan Partiyası Ağdam rayon Təzəkənd qəsəbə ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra Samir Paşayev yenidən ərazi ilk partiya təşkilatının sədri, Füzuli Qəhrəmanov, Vidadi Orucov sədrin müavinləri, 9 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 5 nəfər tərkibdə nümayəndə seçilib.

Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Xındırıstan qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Şərəfxan Alxanov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. İclasda təşkilati məsələlər geniş müzakirə olunub. Yığıncaq tərəfindən qəbul olunan qərara əsasən, Şərəfxan Alxanov ərazi ilk partiya təşkilatının sədri, Burzu Rəhimov, İsmayıl İsmayılov sədrin müavinləri və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.
Binəqədi rayonu
YAP Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində X.Məlikaslanov küçəsi 10 ünvanlı (284 saylı tam orta məktəb) ünvanlı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclası giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının X.Məlikaslanov küçəsi 10 ünvanlı ərazi ilk partiya təşkilatının sədri Zülfiyyə Hacıyeva hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün ölkəmizdə Onun ideyaları, əsasını qoyduğu siyasət uğurla həyata keçirilir.
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri - Mehriban Mahmudova, Gülnarə Rüstəmova sədrin hesabatını qənaətbəxş hesab edərək, təkliflərini irəli sürüblər.
İclasda 13 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilib, Nizami Novruzov sədr, Zülfiyyə Hacıyeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 3 nəfər nümayəndə seçilib.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hesabat məruzəsini qənaətbəxş hesab etdiyini bildirərək, növbəti hesabat dövrü ərzində daha çox işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Samux
YAP Samux rayon təşkilatının VII konfransına hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarında yanvar ayının 9-dan başlayan hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında keçirilib. Hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri Gülağa Hüseynov hesabat məruzəsi ilə çıxış edərək, YAP-ın yaranması, inkişafı, ölkənin ictimai-siyasi həyatında oynadığı rol, eyni zamanda, hesabat dövrü ərzində ilk təşkilatının gördüyü işlər barədə məlumat verib.
Məruzə ətrafında YAP üzvləri Tacəddin Əhmədov, Bəsti Orucova, Faiq Həsənov və Bəxtiyar Məmmədov çıxış edərək, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının hazırda ölkənin aparıcı siyasi partiyası olduğunu bildiriblər.
Yığıncaqda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ötən əsrin 90-cı illərində ölkədə baş verən proseslərə nəzər salıb. Bildirib ki, o zaman ölkəni düşdüyü böhran vəziyyətindən çıxarmaq üçün güclü siyasi liderə böyük ehtiyac duyudurdu. Xalqı öz ardınca aparmağa qadir olan siyasi bir partiyanın yaranması zəruri olduğundan, xalq belə bir lideri praqmatik düşüncəyə, dərin zəkaya malik Ulu Öndər Heydər Əliyevin simasında görərək, ölkəyə rəhbərlik etmək üçün Ona çoxsaylı müraciətlər edirdilər.
İsmayıllı
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının IX konfransına hazırlıqla bağlı YAP İsmayıllı rayonu Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Murad Həbibov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyətindən danışıb.
Yığıncaqda çıxış edən partiya üzvləri- İsrayıl İsmayılov, Abdullətif Maqsudov, Firidun Ağayev, Şahmurad Şirəliyev, Gülər Babayeva hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra təşkilati məsələlər geniş müzakirə olunub. Yığıncaq tərəfindən qəbul olunan qərara əsasən, ilk təşkilatın yeni tərkibi 7 nəfərdən ibarət idarə heyəti, Murad Həbibov yenidən sədr, sədrin müavinləri və YAP İsmayıllı rayon təşkilatının IX konfransına isə nümayəndələr seçilib.
YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı, təbii ki, daha aydın görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB