Metropoliten işçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə talassemiyalı xəstələrə yardım məqsədilə fevralın 13-də "Bakı Metropoliteni" QSC-nin idarə aparatında (3-cü mərtəbədə, akt zalının foyesində), fevralın 14-də isə "Nərimanov" elektrik deposunda (maşinistlərin istirahət otağında) qanvermə aksiyası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, aksiya saat 9.30-dan başlanacaq. Kampaniyada iştirak tam könüllülük əsasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB