“Kənd turizmi bələdçiliyində gənclərin iştirakı”

“Kənd turizmi bələdçiliyində gənclərin iştirakı”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Kənd turizmi bələdçiliyində gənclərin iştirakı" layihəsinin tədbiri 10 Fevral 2017-ci il tarixində Masallı rayonunda həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, təlimdə şagird – müəllim kollektivi, tələbələr, ictimai fəal gənclər, QHT və KİV nümayəndələri iştirak ediblər. Təlimdə Gənclər Mərkəzi İ.B-nin direktoru Kənan Qubadzadə çıxış edərək iştirakçıları layihə barədə məlumatlandırıb.

Layihənin məqsəd və vəzifələri haqqında ətraflı informasiyalar çatdırıb. Hələ 2011-cü ilin prezident cənab İlham Əliyev tərəfindən "Turizm ili" elan olunması və bu çərçivədə görülən işlər, bu işlərin icrası prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, qeyri-neft sektorunun inkişafı prosesində turiznin inkişaf etdirilməsi ən vacib prioritetlərdəndir.

Çıxış edən ekspertlər kənd turizminin iştirak etdirilməsi, xüsusilə bu prosesdə gənclərin iştirakının təmin olunmasını hər zaman aktual olduğunu və daim diqqətdə saxlandığını söyləyiblər. Hər bir işin başında maarifləndirmə və təbliğatın durduğunu qeyd edən ekspert A.Sarıyev gənclərin bu sahədə rolunun əvəzolunmaz olduğunu bildirib. Masallının potensial turizm regionu və bir çox dövlət əhəmiyyətli gənclərlə bağlı tədbirlərin burada keçirildiyini qeyd edən ekspert layihənin reallaşdırılması üçün Masallı rayonunun seçilməsinin bu nöqteyi-nəzərdən təsadüfi olmadığını diqqətə çatdırıb.

Daha sonra müzakirələr təşkil olunub. İştirakçıların sualları cavablandırılıb. Masallı gənclərə kənd turizminin təbliği üçün buklet və broşurların paylandı, üzərində Gənclər Fondunun və Gənclər Mərkəzinin loqoları olan cib təqvimləri paylandı. Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə