Salyan rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün keçirilən yığıncaqda Prezident Admnistrasiyasının məsul işçisi İbrahim Mustafayev, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı iştirak edib.
İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra rayonda istehsal olunan məhsullardan hazırlanmış sərgi ilə tanışlıq olub.
Hesabat yığıncağını giriş sözü ilə Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq geniş məruzə edib. Bildirib ki, hesabat dövründə rayon üçün ən əlamətdar hadisə sentyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Salyan rayonuna səfəri olub: "Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının inzibati binasının, Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən körpünün və Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 31-54 kilometrlik hissəsinin açılışında iştirak etmiş, Kürsəngi kəndindəki pambıq sahələrinə baxış keçirmiş, pambıqçılarla görüşmüşdür. Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2016-cı il tarixli Sərəncamı ilə Çuxanlı-Piratman-Gəncəli-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat vəsait ayrılmışdır. 30,2 km kəndarası avtomobil yolunun tikintisi əsasən başa çatdırılmışdır və hazırda son tamamlama işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2016-cı il tarixli Sərəncam ilə Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılmışdır".
Natiq çıxışına davam edərək bildirib ki, bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli, 537-s saylı sərəncamına əsasən Salyan rayonunda pambıqçılığın inkişafı ilə əlaqədar 5000 ha sahənin suvarma suyu ilə təmin edilməsi üçün 500,0 min manat, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli, 2607 nömrəli sərəncamına əsasən isə 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən 1 milyon 300 min manat vəsait ayrılmışdır deyən rayon rəhbəri qeyd etmişdir. 2016-cı ildə rayonda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 36 milyon 529 min manat, yəni 14,8 faiz artaraq 282 milyon 687 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi müvafiq dövrə nisbətən 803 min manat, yəni 0,6 faiz artaraq 144 milyon 195 min manat, poçt və rabitə xidmətinin həcmi 19,9 min manat, yəni 3,5 faiz artaraq 584 min manat, pərakəndə satış dövriyyəsi 33 milyon 181 min manat, yəni 19,1 faiz artaraq 206 milyon 664 min manat, əhaliyə göstərilən pullu xidmət 6 milyon 861 min manat, yəni 14,7 faiz artaraq 53 milyon 572 min manat, sənaye məhsulunun ümumi həcmi 25 milyon 715 min manat, yəni 66,3 faiz artaraq 64 milyon 451 min manat, nəqliyyat xidmətinin həcmi 2 milyon 266 min manat, yəni 2,4 dəfə artaraq 3 milyon 899 min manat, əsas kapitala yönəldilən investisiya 77 milyon 928 min manat olmuşdur.
Bir nəfərə düşən məhsul buraxılışının həcmi 2088 manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 302,5 manat olmuşdur.
2016-cı ildə rayonun yerli büdcəsinin gəlirləri 7 milyon 710 min manata qarşı, 8 milyon 496 min manat, büdcənin xərcləri 22 milyon 677 min manat proqnoza qarşı 22 milyon 239 min manat icra edilmişdir. Büdcənin gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 14 milyon 967 min manat proqnoza qarşı 14 milyon 575 min manat, yəni nəzərdə tutulduğundan 392 min manat az dotasiya alınmışdır. Rayonun büdcə təşkilatlarında çalışan işçilərin əmək haqqı, pensiya və müavinətlər vaxtında tam ödənilmişdir.
Rayonda 21239 ha taxıl sahəsindən 64850 ton olmaqla, 30,5 sentner məhsul toplanmışdır. Bundan 14738 ha arpa sahəsindən 43248 ton olmaqla, 29,3 sentner, 6501 ha buğda sahəsindən 21602 ton olmaqla, 33,2 sentner məhsul toplanmışdır. 870 ha qarğıdalı sahəsindən 6089.1 ton, 423 ha kartof sahəsindən 5107,5 ton, 1092 ha bostan sahəsindən 15708,0 ton, 1272 hektar tərəvəz sahəsindən 14061,0 ton məhsul yığılmışdır deyən S.Hətəmov bildirib ki, 2016-cı ildə 1544,1 tondan çox üzüm tədarük edilmişdir. Üzümçülüyün inkişaf etdirilməsi, süfrə üzüm sortlarının istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Hazırda rayonda 1187 hektar üzüm bağları var, bundan 951,9 ha bar verən üzüm bağlarıdır.
2016-cı ildə rayonda mövcud meyvə bağlarının bərpası və yeni bağların salınması istiqamətində tədbirlər həyata keçirilmiş, 2826,7 tondan çox meyvə tədarük edilmişdir.
2016-cı il də rayonda 2167,7 ha sahədə pambıq əkilmişdir. Hazırda rayonda pambıq yığımı başa çatmış, 2680,4 ton olmaqla, hər hektara 12,4 sentner məhsul toplanmışdır. Rayonda pambığın məhsuldarlığının aşağı olmasına əsas səbəb əkinin gec aparılması, bununla əlaqədar pambığın gec yetişməsi və hava şəraitinin əlverişsiz keçməsi olmuşdur.
Artıq 2017-ci il üçün pambıq əkininə hazırlıq işinə başlanılmışdır deyən icra başçısı bildirib ki, əkiləcək 7000 hektar torpaq sahəsi müəyyən edilmiş, 5000 hektardan çox əkin sahəsi şumlanmışdır. Hazırda pambıq əkini üçün sahələrin arata qoyulması işi davam etdirilir.
Lakin hazırda rayonda olan mövcud texnika və avadanlıq nəzərdə tutulan pambıq əkinin lazımi səviyyədə aparılmasında, nəzərdə tutulan məhsulun becərilməsində çətinliklər yaradacaqdır. Tərəfimizdən araşdırma aparılmış və nəzərdə tutulan pambıq əkini üçün əlavə olaraq Pambıqyığan maşınlara, kultivatora, çiyidsəpənə, çiləyiciyə və traktor yedəklərinə ehtiyac vardır. Aprel ayının əvvəllərinin pambıq əkininin başlama vaxtı olduğunu nəzərə alsaq, qeyd olunan texnika və avadanlıqların tezliklə rayona gətirilməsi üçün aidiyyatı təşkilatlar indidən müvafiq tədbirlər görməlidirlər
2017-ci il yanvar ayının 1-nə iri buynuzlu heyvanların sayı 62 min 914 baş, o cümlədən inək və camışlar 33 min 426 baş, qoyun və keçilər 186 min 714 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 13 min 178 ton, yumurta istehsalı 34 milyon 800 min ədəd, yun istehsalı 346,1 ton, süd istehsalı isə 45 min 11 ton olmuşdur deyən S.Hətəmov qarşıda duran vəzifələrdən bəhs edərək hər bir təşkilatı daha məsuliyyətli və əzimlə çalışmağı tapşırmışdır. Hesabat yığıncaqı müzakirələrlə davam edib. Millət vəkilləri, prezident adminstrasiyasının məsul işçisi çıxış edərək görülmüş işlərə, əldə olunan nailiyyətlərə yüksək qiymət verərək 2017-ci ildə daha irəli gedərək bütün sahələrdə inkişafa nail olunmasını tövsiyə ediblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB