BMT azyazşlı döyüşçülər probleminin mövcud olmasını 20 il əvvəl etiraf edib

BMT azyazşlı döyüşçülər probleminin mövcud olmasını 20 il əvvəl etiraf edib

Uşaqlar müasir silahlı münaqişələrin əsas qurbanlarıdır. Onları öldürür, şikəst edir, işgəncələrə məruz qoyur, zorlayır, silahlı qrupların cərgələrinə cəlb edir və oxumaq imkanından məhrum edirlər. Bu cür uşaqları müdafiə etmək beynəlxalq birliyin borcudur.

SİA BMT-nin Xəbərlər Mərkəzinə istinadən bildirir ki, bu fikri təşkilatın baş katibinin uşaqlar və silahlı münaqişələr məsələləri üzrə xüsusi nümayəndəsi Leyla Zerruqi deyib. Bu günlərdə BMT-də müvafiq nümayəndəliyin təsis olunmasının 20 illiyi qeyd edilir.

Ötən illər ərzində dünya birliyinin və hökumətlərin səyləri nəticəsində azyaşlı döyüşçülərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. 2000-ci ildən etibarən 115 mindən çox azyaşlı döyüşçü azad edilərək evlərinə göndərilib. İyirmi il əvvəl - uşaqlar və silahlı münaqişələr məsələləri üzrə xüsusi nümayəndəlik mandatı təsis olunanda yetkinlik yaşına çatmayan əsgərlərin sayı 250 min nəfər olub.

Leyla Zerruqi hesab edir ki, görülən işlərlə kifayətlənmək olmaz. Suriyada müharibə min uşağın ölümünə səbəb olub. Əfqanıstan, İraq, Yəmən və bir çox digər ölkələrdə bu müdafiəsiz və günahsız vətəndaşlar səngiməyən zorakılığın qurbanları olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə