Səfir Komitə sədri ilə görüşüb

Səfir Komitə sədri ilə görüşüb

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov ilə görüşüb. SİA-ya Meksikanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, əvvəlcə Komitə sədri rəhbərlik etdiyi müəssisə, onun yaranma tarixi və funksiyaları barədə məlumat verib. O, son 10 il ərzində ölkədə həyata keçirilmiş yenidənqurma və abadlıq işlərindən danışıb.

Səfir, öz növbəsində, hazırda əhalisi 21 milyon olan ölkəsinin paytaxtı Mexiko şəhərindən söz açıb. Həmçinin, Meksikada şəhərsalmanın özəllikləri və hazırkı vəziyyəti barədə danışıb. Diplomat şəhərsalma və memarlıqda məsul olan hər iki ölkənin orqanları arasında əməkdaşlığın nəticəsi kimi mümkün qarşılıqlı töhfəni qeyd edib.

Tərəflər müvafiq ikitərəfli əlaqələrin qurulması və inkişaf olunmasına dair istəklərini ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə