Aqiyə Naxçıvanlı Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb FOTO

Aqiyə Naxçıvanlı Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb FOTO

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan – Portuqaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Aqiyə Naxçıvanlı Milli Məclisdə Portuqaliyanin Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes Cardoso ilə görüşüb.

SİA-nın verdiyi məlumata görə, görüşdə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Aqiyə Naxçıvanlı həmçinin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağ problemi ilə əlaqədar səfirə məlumat vermiş və onun ölkəsinin də Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməsinə dəvət edib.

Qeyd edək ki, görüşdə Azərbaycan – Portuqaliya parlamentlərarası dostluq qrupunun üzvləri Rafael Hüseynov, Jalə Əliyeva və AŞPA nümayəndə heyətinin üzvü Sahibə Qafarova da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə