Sabunçu rayon Bakıxanov qəsəbəsi 80 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gələcəyin Milyonçuları" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən layihə rəhbəri Gülən Qasımova Gənclər Fondu haqqında layihə iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, Gənclər Fondu son illər ölkəmizdə həyata keçirilən gənclər siyasətində önəmli rol oynayıb.
Layihə rəhbəri layihə çərçivəsində görüləcək işlər haqqında danışıb. Daha sonra layihənin təlimçisi Səxavət Hidayətoğlu son illər ölkəmizdə gənc sahibkarlara yaradılan şəraitdən danışıb və gənclərlə diskussiya təşkil edilib. Gənclər onları maraqlandıran suallara cavab tapıb.
Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB