Xəzər rayonu ötən ilin hesabatını verdi FOTOLAR

Milli Məclisin deputatı hesabat yığıncağında iştirak edib
Xəzər rayonu ötən ilin hesabatını verdi FOTOLAR

Bu gün Xəzər rayonun 2016-cı il üçün sosial-iqtisadi inkişafına dair illik hesabat yığıncağı keçirilib. SİA-ya verilən məlumata görə, Mərdəkan Mədəniyyət Sarayında 380 nəfər rayon ictimaiyyətinin nümayyəndələrinin iştirakı ilə keçirilən hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Asministrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Daha sonra qonaqlar Mədəniyyət Sarayının foyesində yerləşdirilən rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi inkişafını əks etdirən filmi izləyiblər.

Filmin nümayişindən sonra hesabat məruzəsi ilə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi və gərgin əməyi sayəsində 2016-cı il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması kimi tarixə düşdüyünü bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayan G.İslamov 2016-cı ildə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklərin bütün sahələrdə yüksəlişlə müşaiyət olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra məruzə ətrafında Xəzər rayonu Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Arif Məmmədov, Xəzər rayonu Su-Kanal İdarəsinin rəisi Mübariz Nəsirov, Zirə "Məhsul" MMC-nin direktor müavini Mahir Əmirov, Xəzər rayonu Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Prezident Asministrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış ediblər.

Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək dünyanını dərin siyasi, maliyyə böhranı ilə üzləşdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin uzaqgörən, hərtərəfli düşünülmüş siyasəti nəticəsində Azərbaycanda davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu və həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində bu inkişafın davam edəcəyinə əminliyini bildirib.

Daha sonra R.Əliyev 2016-cı ildə rayonda sosial-iqtisadi inkişafın yekunlarını yüksək qiymətləndirərək,keçrilən görüşlərdə rayon əhalisinin qaldırdığı bir sıra sosial məsələlərinin həlli ilə bağlı həyata keçrilən tədbirlərdən danışıb. Çıxışının sonunda rayon rəhbərliyini əldə olunan uğurlu nəticələrə görə təbrik etdi və 2017–ci ildə qarşıda duran vəzifələrin yerinə yetrilməsində uğurlar dilədi.Hesabat yığıncağında Xəzər rayonunun ictimai-siyasi həyatında aktiv və səmərəli fəaliyyəti ilə seçilən bir qrup şəxslərə rayon icra hakimiyyətinin fəxri fərman və mükafatları təqdim olunub.

Yığıncağın sonunda hesabat iclasının Qərarı oxunub və yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət ünvanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə