Tarif Şurası: Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib

Tarif Şurası: Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib

Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib. Tarif (qiymət) Şurasından AZƏRTAC-a bildirilib ki, bəzi KİV-də Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə əsassız məlumatlar yayılıb.

Xatırladırıq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədır.

Bütün xəbərlər Facebook səhifəmizdə