Qadınları döyənlər psixopatiyadan əziyyət çəkənlərdir MÜTƏXƏSSİS RƏYİ
"Bir ailədə qadın əzilir, şiddət görürsə, bu, əks cinsin psixopatiyadan əziyyət çəkdiyini göstərir". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.
Onun sözlərinə görə, psixopatiyadan əziyyət çəkən insanlar affekt halında olanda özlərini itirirlər və fiziki təzyiq göstərirlər: "Onlar daha sonra nə qədər üzr istəsələr də, artıq qarşı tərəfin inamını sınıdırmış olurlar. Qadını ailədə sözlə belə əzmək, təhqir etmək şiddətə yaxın göstəricidir. Belə insanlar mütləq mütəxəssislərə, psixoloqlara müraciət etməlidirlər".
.jpg)
Psixoloq qeyd edib ki, bəzən şiddətə məruz qalan xanımlar özlərini aldadırlar: "Bəzi xanımlar "Döyürsə, demək sevir. Sevəndə yaxşıdı, döyəndə pis?" kimi ifadələr səsləndirirlər. Bu cür fikirlərlə onlar özlərini aldadırlar. Qadına bir dəfə əl qalxdısa, onun davamı gələcək. Xanımlar bununla mübarizə aparmalıdırlar. Bir çox xanımlar ata, qardaş faktoru olduğuna görə, qorxu hissi keçirərək, nə ayrılıb evə qayıda bilirlər, nə də əks cinsin hərəkətini deyə bilirlər. Bu, onların ən böyük səhvidir".

E.Eminova bildirib ki, şiddətə məruz qalan qadın hər zaman özünə inamsız olur: "Fiziki təzyiqə məruz qalan xanımlar özlərini ailədə qadın kimi belə realizə edə bilmirlər. Şiddət qadınlarda gələcəkdə həm fizioloji, həm də psixoloji pozuntuların yaranmasına şərait yaradır. Ona görə qadına qarşı şiddətə son qoymaq üçün mübarizə aparmaq vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB