Fevralın 21-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçiriləcək.
SİA-nın verdiyi məlumata görə, tədbirdə şəhid Xalid Quliyevin xatirəsinə həsr olunmuş "Ölməzlər" filmi təqdim olacaq. Filmin rejissoru Şahin Qəhrəmanoğludur. Bildirilib ki, film Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təşkilati dəstəyi ilə çəkilib. Çünki vaxtilə Xalid Quliyev bu qurumun əməkdaşı olub və oradan da Vətənin müdafiəsinə yollanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB