Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib.
Bu barədə SİA-ya "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.
Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB