Fevralın 3-də Bakı şəhər sakini Seymur Xudaverdiyev idarə etdiyi "Chevrolet-Camaro" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar Postunda saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.
Müvəqqəti duracaqda S.Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və oradan pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb. BDYPİ və Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB