Sərhədçilər astaralı gənclərlə bayram tədbirində

Sərhədçilər astaralı gənclərlə bayram tədbirində

Astara Rayon Gənclər və İdman İdarəsi, rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə Gənclər Günü ilə bağlı keçirilən tədbirdə sərhədçilər gənclərlə birgə bayram sevincini yaşayıblar. Görüşdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev sərhədçiləri Gənclər Günü münasibətilə gəncləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Dövlət gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışan Ə.Əliyev rayon gənclər və idman idarəsinin gördüyü işlər haqqında məlumat verib.

Görüşdə dövlət sərhədlərinin etibarlı mühafizəsində, ictimai işlərdə uğurlu nəticələr əldə edən sərhədçilərin bir qrupuna gənclər və idman idarəsinin Fəxri fərmanları və xatirə hədiyyələri verilib.

Mərasim konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə