Qəzalı “Fukusima-1” AES-də tədqiqat aparacaq robot ictimaiyyətə təqdim olunub
Fevralın 3-də Tokionun şimalında yerləşən İbaraki prefekturasında qəzalı vəziyyətdə olan "Fukusima-1" Atom Elektrik Stansiyasında (AES) reaktorun tədqiqi üçün istifadə olunacaq robot ictimaiyyətə təqdim edilib. NHK telekanalının yaydığı məlumata görə, AES-in operatoru olan "Tokyo Electrik Power Co." şirkəti reaktorlardan birində ərimiş nüvə yanacağının vəziyyətini araşdırmaq üçün bu robotdan istifadə edəcək.
Uzunluğu 70, eni 10 santimetr olan robot kabel vasitəsilə bərkidilmiş videokameranın və dozimetrin qoruyucu örtüyün daxilinə ötürülməsini təmin edəcək. "Tokyo Electrik Power Co." şirkəti gələn ay bu robotun köməyi ilə AES-in 1 nömrəli reaktorunu tədqiq etməyi planlaşdırır.
2011-ci ildə baş verən qəza zamanı həmin reaktorda nüvə yanacağının əridiyi və millərdən sızdığı güman olunur. Ərimiş yanacağın müdafiə örtüyünün dibində toplandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB