Gənclər Günü Xəzər rayonunda qeyd edildi

Gənclər Günü Xəzər rayonunda qeyd edildi

Bu gün Xəzər rayonunda 2 fevral Gənclər Günü münasibəti ilə bayram tədbiri keçirilib. Zirə Mədəniyyət Mərkəzi Eko Parkda baş tutan tədbir Xəzər rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı, Xəzər İnkişaf fondu və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbir Zirə Mədəniyyət Mərkəzində məşhur heykəltaraş, Azərbaycan Respublikasının Xalq Rəssamı Ömər Eldarovun yaratdığı heykəltaraşlıq abidələrinin foto sərgisi ilə başlamış, daha sonra tədbir rəsmi hissə ilə davam etdirilmişdir.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Azərbaycan Respublikasının Xalq Rəssamları Ömər Eldarov, Səhlab Məmmədov, Fuad Salayev, Rəssamlıq Akademiyasının Prorektoru professor Azad Zeynalov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, rayonun gəncləri iştirak etmişdilər.Tədbirdə iştirak edən qonaqlar çıxış edərək gənclərin rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında rolunu qeyd edərək gəncləri "Gənclər günü" münasibətilə təbrik etmişlər.

Xəzər rayon Gənclər və İdman idarəsinin 2016 - cı il ərzində gənclər siyasəti və idman sahəsi üzrə keçirdiyi tədbirləri, əldə olunan nəaliyyətləri əks etdirən foto-video hesabat təqdim olunmuşdur. Rayon rəhbərliyi tərəfindən gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə göstərdikləri fəallığa, təhsil, incəsənət və mədəniyyət sahəsində əldə etdikləri nəaliyyətlərə görə 20 nəfər gəncə diplomlar təqdim olunmuşdur. Bayram tədbiri gənc, istedadlı musiqiçilərin iştirakı ilə konsert proqramı ilə davam etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə