"Qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ərəfəsində BNA-nın üzərinə böyük məsuliyyət düşür. İstər həmin idman oyunları keçirilən ərazilərə sərnişinlərin daşınması, istərsə də idmançıların, könüllülərin daşınmasına nəzarət edən daşıyıcılarla müntəzəm olaraq görüşlər keçiriləcək bu barədə müzakirələr aparılacaq, birgə fəaliyyət istiqamətləri müəyyən ediləcək". SİA-nın xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.
Onun sözlərinə görə, daşıyıcılara marşrut xətləri müsabiqə yolu ilə veriləcək: "Müsabiqənin şərtləri daşıyıcı şirkətlərə göndəriləcək. Müsabiqə şərtlərinə daxil olan amillər daşıyıcıların istehsalat bazasının olması, nəqliyyat vasitələrinin standartlara cavab verməsi, sürücülərinin peşəkarlığı və sairdir. Bu şərtlərə əməl edən istər hüquqi, istərsə də fiziki şəxs müsabiqədə qalib olacaq və Bakı Nəqliyyat Agentliyi ilə həmin daşıyıcı arasında müqavilə bağlanacaq"
M.Abbasov qeyd edib ki, Nazirlər Kabinetinin sürücülərin yaş həddi ilə bağlı qərarı Bakı Nəqliyyat Agentliyi vasitəsilə daşıyıcılara bildirilib, onlara tapşırıqlar verilib: "Bir sıra daşıyıcılar yeni avtobuslar alıb. Onlar artıq agentliyə yeni avtobusları almaları ilə bağlı məktubla müraciət ediblər və bildiriblər ki, yeni avtobusları çıxarmaq üçün xətlər yoxdur. Hazırda yeni xətlərin müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirilir".
Sərnişindaşıma sahəsində mövcud olan problemlərə toxunan baş direktorun müşaviri söyləyib ki, 64 saylı marşrutu istismar edən müəssisəyə bildirilən iradlar nəticə verib. Artıq bu müəssisənin qarajı var, avtobuslar qarajda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB