Qəbələ Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 kitab, 13 jurnal, 4 qeyd dəftəri aşkar edilərək götürülüb. Görülən tədbirlər nəticəsində, həmçinin 51 CD və DVD disk, 5 yaddaş kartı, kustar üsulla hazırlanmış tüfəng, 12 patron və bir bıçaq aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB