Fevralın 2-də Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özaral ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Heydər Əsədov səfir Erkan Özaralı bu vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, iki dost və qardaş ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Nazir Heydər Əsədov, hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri və onların qurumları arasında sıx əlaqələrin daha da inkişaf etdirilməsini məqsədəuyğun hesab edib. Nazir aqrar sahədə Türkiyənin əldə etdiyi uğurları yüksək qiymətləndirib, xüsusən də dost ölkənin toxumçuluq və tərəvəzçilik sahəsində təcrübəsindən bəhrələnmək və bu sahədə mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasını nəzərə çatdırıb. Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Erkan Özaral Kənd Təsərrüfatı Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlığını bildirib. Azərbaycanın iqtisadi inkişafının bundan sonra da sürətlə davam edəcəyinə əminliyini bildirən səfir aqrar sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsi işində öz səylərini əsirgəməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB