Bu gün Bakının 3 rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə SİA-ya "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 02 fevral 2017-ci il tarixdə Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB