Bu gün Müsavat Partiyası qərargahının qarşısında etiraz aksiyası keçirilib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir qrup gənc Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin iki gün bundan əvvəl Novxanıda keçirilən anım mərasimində etdiyi çıxışına etirazlarını bildiriblər.
Aksiya iştirakçıları "İdarəçiliyini gördük, daha hər-mərclik istəmirik", "Sən artıq tarixin zibilliyinə atılan siyasi meyitsən!", "İsa Qəmbər şərəfsizlik simvoludur", "İsa Qəmbər uğursuzluq simvoludur!", "Ar olsun!" şüarları səsləndiriblər.
Polisin müdaxiləsindən sonra etirazçılar Müsavat qərargahının yaxınlığından uzaqlaşdırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB