10 min ədəd siqaret aşkar edilib

10 min ədəd siqaret aşkar edilib

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə