Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə təsdiq etdiyi planlar üzrə tədbirlərin keçirilməsi davam etdirilir. SİA-nın verdiyi məlumata görə, məhbuslarla növbəti görüşlər 1, 2, 9, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
1 və 15 saylı cəzaçəkmə müəssislərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarıının iştirakı ilə seminar keçirilib. Tədbirdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbət aparılıb, dini ekstremizmə qarşı barışmaz mövqe nümayiş etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb, eləcə də məhkumların çoxsaylı sualları cavablandırılıb.
"Narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2 və 17 saylı cəzaçəkmə müəssisələrində "Narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi fəsadlar" mövzusunda seminarlar keçirilib.
"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası"nın İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə məhkumlara narkotikin insan orqanizminə göstərdiyi məhvedici təsir, cəmiyyətə vurduğu zərər, törətdiyi sosial bəlalar haqqında ətraflı məlumat verilmiş və bu barədə qısametrajlı video çarx nümayiş etdirilib.
Penitensiar xidmətin Baş idarəsi və Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin birgə təsdiq etdikləri Tədbirlər Planına uyğun olaraq məhkumların psixoloji yardım almaq hüquqlarının həyata keçirilməsində səmərəliliyin artırılması məqsədi ilə 9 saylı cəzaçəkmə müəssisəsində seminar-treninq keçirilib.
"Məhkumların gələcək perspektiv həyat planlarının qurulması, cəmiyyətə readaptasiyasının əsasları, normal həyat şəraiti üçün zəruri olan itirilmiş sosial münasibətlərin bərpası" mövzusunda keçirilən tədbirdə Məhkəmə ekspertizası mərkəzinin psixoloqları iştirak ediblər.
Mövzu ətrafında verilən suallar cavablandırılmış, ayrı-ayrı məhkumlara psixoloji yardım göstərilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB