İraq Prezidenti: Trampın qərarı bizi şok etdi

İraq Prezidenti: Trampın qərarı bizi şok etdi

ABŞ Prezidenti Donald Trampın 7 müsəlman ölkəsi ilə bağlı qərarı bizdə şok effekti yaradıb. Axar.az xəbər verir ki, bu sözləri İraq Prezidenti Fuad Məsum deyib. Dövlət başçısı qeyd edib ki, sözügedən qərar yenidən gözdən keçirilməlidir:

"İraq xalqı övladlarının qanı bahasına terrorla mübarizə aparır. Biz İraqı heç vaxt terrorun beşiyi kimi qəbul etməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə