İlk dəfə olaraq Səyyar "ASAN qatarı" Qazax rayonunda əhaliyə xidmət göstərməyə başlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu xidmətdən ətraf rayonlar Şəmkir, Ağstafa və Tovuz rayonun sakinləri də yararlana bilərlər. "ASAN qatar" 4 vaqondan ibarətdir. Burada gözləmə zalı da var. Qərb bölgəsinin sakinləri "ASAN qatar" xidmətindən məmnun qaldığını bildiriblər.
Qeyd edək ki, "ASAN Qatar" daha sonra Tovuz rayonuna yola düşəcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB