Milli Məclisin yaz sessiyasının ilk plenar iclası davam edir. SİA-nın xəbərinə görə, müakirələr zamanı çıxış edən millət vəkili Zahid Oruc Azərbaycanda Qafqaz Universiteti və digər universitetlərin bağlanması məsələsinə toxunub. "Kimsə deyə bilər ki, tələbələrin köçürüldüyü ali məktəblər daha prestijlidir. Kimsə köçürüldüyü ali məktəblə razılaşmaya bilər. Bu problemlərin qarşısının alınması üçün vətəndaşların bu sahədə problemləri məhkəmə müstəvisinə çıxarmaq imkanı olmalıdır. Bu baxımdan "Ali təhsil haqqında" qanun qəbul edilməsinə ehtiyac var".
Millət vəkili ölkəmizdə özəlləşmə ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə. neft bumunun söndüyü bir dövrdə özəlləşmə proqramı ciddi şəkildə dövlətin kursuna çevrilib: "Manatın məzənnəsində uculaşma davam edir. Bu, iqtisadi aktivliyə, əhalinin gəlirlərinin azalmasına, idxal-ixrac prosesinə, investisiyaya mənfi təsirlər gösərir. Bu baxımdan hesab edirəm ki, özəlləşdirmə çeklərini evlərində saxlayan adamlara hansısa ekvivalentdə yer verilməlidir ki, onlar satışa çıxarılan müəssisələrin alınmasında iştirak edə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB