"Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısının alınması üçün qanunverici sənəd hazırlansın" TƏKLİF

"Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısının alınması üçün qanunverici sənəd hazırlansın" TƏKLİF

"Azərbaycan haqlı olaraq, bloqqer Aleksandr Lapşin haqqında cinayət işi açdı və onu mühakimə etmək hüququnu özündə saxladı". SİA-nın xəbərinə görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.

Azərbaycan tərəfindən atılan addımın Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil edənlər üçün mesaj olduğunu deyən millət vəkili əlavə edib ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edənlərlə bağlı qanun hazırlanmalıdır: "Çox təəssüf ki, Azərbaycanda yalnız Xarici İşlər Nazirliyi səviyyəsində işğal altında olan torpaqlara qanunsuz səfər edənlər "qara siyahı"ya salınır. Lakin bu, kifayət deyil və bununla bağlı ayrıca qanunverici sənəd hazırlanmalıdır".

Z. Oruc Azərbaycanın lobbiçiliyinin gücləndirilməsinin təklif edib: "Bir çox hallarda, mütəşəkkil lobbiçi qurumlar, ayrı-ayrı dairələr medianın arxasında duraraq Azərbaycanı hədəf seçirlər. Bunların baş verməməsi üçün biz lobbiçiliyi gücləndirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə