Qaradağ rayonunda “2 fevral- Gənclər Günü” qeyd olunub FOTO

Qaradağ rayonunda “2 fevral- Gənclər Günü” qeyd olunub FOTO

Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində "2 fevral- Gənclər Günü" ilə əlaqədar tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, ziyalılar, gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gəncləri əlamətdar gün münasibətilə təbrik etdikdən sonra məruzə ilə çıxış etmiş, onlara uğurlar arzulayıb.

Sonra millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik etmiş, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə