Cəlilabad rayonunun İran İslam Respublikası ilə həmsərhəd olan yaşayış məntəqələrində çöl donuzları taxıl sahələrinə ciddi ziyan vurub. Ziyan ən çox rayonun Boyxanlı yaşayış məntəqəsinin ərazisində qeydə alınıb.
Torpaq mülkiyyətçilərinin sözlərinə görə, icarəyə verilmiş dövlət fond torpaqlarında əkilmiş taxıl sahələri yararsız vəziyyətə düşüb. Sərhəd zolağı boyu əkilmiş sahələrə axşamlar çöl donuzları sürü halında daxil olur, yem axtarmaq məqsədi ilə sahələri yararsız vəziyyətə salırlar.
Bəzi yerlərdə çöl donuzlarının yaratdıqları çalaların dərinliyi 40-50 santimetrə çatdığından əkin sahələrində texnikaların işləməsi mümkün deyil.
Yaranmış vəziyyətlə bağlı Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsi məlumatlandırılıb.
İdarədən bildiriblər ki, taxılçılıqla məşğul olan torpaq sahiblərinin müraciəti əsasında aidiyyəti dövlət qurumlarına məsələ ilə bağlı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB