Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:
Qritçenko Aleksandr Aleksandroviç
Səttarova Fatma Hüseyn qızı".
Prezidentin digər Sərəncamı ilə Azərbaycan Respublikasında gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Rəşidova Vüsalə Nazim qızı
"Tərəqqi" medalı ilə
Cəfərov Müşfiq Cəfər oğlu
Əhmədov Yalçın Talverdi oğlu
Zeynalova Ülviyyə Tamerlan qızı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB