1 ədədi 10-20 qəpiyə satılır. Qiymətin belə olması bir çox gəncin siqaret çəkməyə meylini artırır. Əgər yeni hazırlanan qanun layihəsi Milli Məclisdə qəbul edilərsə, siqaretlərin ədədlə satışına qadağa qoyulacaq.
Azərbaycanda mağaza və köşklərdə siqaretin ədədlə satışı daha çox tələbə və məktəblilərin olduğu ərazilərdədir. Bütün hallarda cibində 10-30 qəpiyi olan uşaq və yeniyetmələr üçün siqaret əlçatandır. Azyaşlılar əksər belə yerlərdən rahatlıqla siqaret alıb çəkə bilər.
Bəzi köşk və mağaza sahibləri siqaretləri yaşı 18-dən az olanlara da satırlar.
Ancaq müsahibə aldığımız satıcılar azyaşlılara siqaret satmadıqlarını iddia edirlər. Səyyar siqaret satışı həyata keçirən bu şəxs çəkiliş olduğunu hiss etdikdə suallarımıza cavab verməkdən qaçdı
Bəziləri isə ümumiyyətlə azyaşlılara siqaret satmadıqlarını deyir.
Ancaq yaxın vaxtlarda siqaretlərin tək-tək satışına qadağa qoyula bilər. tək-tək satılan siqaretlərin alıcılarının azyaşlılar olduğunu nəzərə alan Milli Məclisin "Əmək və Sosial Siyasət Komitəsi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə bunula bağlı müddiaların əlavə edilməsini təklif edib. Təklifdə bildirilir ki, birmənalı olaraq mağazalarda və köşklərdə siqaretin ədədlə satışı qadağan olunsun.
Elə, vətəndaşlar da bu qanun layihəsinin tezliklə qüvvəyə minməsinin lehinədirlər.
Parlamentdə bu əlavələrə razılıq verilsə o zaman mağaza və köşklərdə siqaretlərin ədədlə satışı tarixə qovuşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB