"Skandinaviya Əməkdaşlığı" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Skandinaviya Məzunlar Assosiasiyası Skandinaviya ölkələrinin universitetlərinin məzunları və hazırda həmin təhsil müəssisələrində oxuyan tələbələr üçün "Məzunlar şəbəkəsi" adlı tədbir təşkil edib.
İctimai Birlikdən verilən məlumata görə, Assosiasiyanın sədri Turan Süleymanov tədbiri açaraq təşkilatın fəaliyyətindən və gələcək layihələrdən danışıb. Bildirib ki, təşkilatın fəaliyyətinin əsas məqsədi Skandinaviya ölkələrində təhsil alan azərbaycanlı məzunların ölkəmizin dayanıqlı inkişafına töhfəsi, cəmiyyətin inkişafına yönələn müxtəlif fəaliyyətlərin dəstəklənməsində onların potensialından səmərəli istifadə olunması, eləcə də Azərbaycan ilə Skandinaviya ölkələri arasında əlaqələrin gücləndirilməsində daha yaxından iştirakının təmin edilməsidir. Təşkilat Azərbaycan ilə Skandinaviya ölkələri ilə arasında ictimai-mədəni əlaqələrin inkişafına böyük önəm verir. Bu məqsədə çatmaq üçün Skandinaviya ölkələrində təhsil almış azərbaycanlı məzunlar arasında əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev respublikamızda gənclər təşkilatlarına göstərilən dövlət qayğısından, tələbələrin asudə vaxtının səmərəli təşkilindən, Azərbaycanda dünyada təbliği istiqamətində xarici ölkələrdə təhsilini başa vuran məzunların gördüyü işlərdən söhbət açıb.
Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen, İsveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyevə və digərləri çıxışlarında assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın üzvlərinə uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB