Qar Lerik-Lənkəran yolunda bir sıra problemlər yaradıb

Qar Lerik-Lənkəran yolunda bir sıra problemlər yaradıb

Yanvarın 27-də axşam saatlarından başlayaraq cənub bölgəsinin dağlıq ərazisinə yağan qar Lerik-Lənkəran yolunda bir sıra problemlər yaradıb. Yolda avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədilə əraziyə 43 saylı Lerik Rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub.

Lerik rayonunun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 20-25, şəhərdə isə 10 santimetr təşkil edir. Hazırda yüksək dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcədir.

Yağan qar bölgənin yaşayış məntəqələrinə elektrik enerjisinin və təbii qazın verilməsində problem yaratmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ayın sonunadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə