Dağlıq və dağətəyi bölgələrdə yollar buz bağlayıb

Dağlıq və dağətəyi bölgələrdə yollar buz bağlayıb

Azərbaycanda müşahidə olunan qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar bəzi bölgələrdəki yollarda müəyyən problemlər yaransa da, onlar aradan qaldırılıb və avtomobillərin hərəkətində məhdudiyyətlər yoxdur. SİA-nın verdiyi nəlumata görə, bu barədə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O deyib ki, qar və buz daha çox Xaçmaz və Quba rayonlarının ərazisindəki yollardadır. Amma görülən tədbirlər nəticəsində, qum səpiləndən sonra avtomobillər yollarda hərəkət edir.

Şöbə rəisi qeyd edib ki, ümumilikdə ölkə üzrə yollarda hərəkət normaldır, heç bir ciddi problem yoxdur. Amma dağlıq və dağətəyi bölgələrdə havaların qarlı, şaxtalı olması səbəbindən yollar buz bağlayıb. Sürücülər diqqətli olmalıdırlar. Belə havalarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan şəxslərə tövsiyə edilir ki, həmin ərazilərdə ümumiyyətlə nəqliyyat vasitəsindən istifadə etməsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə