Şura sədri: "Xarici donor institutları Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar" AÇIQLAMA
"Ötən il QHT-hökumət dialoqunun nəticəsi olaraq xarici donorların qrant verilmə proseduru ölkə Prezidenti tərəfindən sadələşdirilib və vahid pəncərə sistemi tətbiq edilib". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vahid pəncərə sisteminə əsasən, bundan sonra xarici donor institutları Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar: "Əvvəllər sənədlərin baxılmasına 30 günə yaxın vaxt tələb olunurdusa, indi qeydiyyat və donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə sənədlərə baxılması üçün Ədliyyə Nazirliyinə cəmi 1 gün vaxt verilib. Vahid pəncərə sistemi ilə sənədlər Ədliyyə və Maliyyə Nazirliklərinə təqdim ediləcək. Maliyyə Nazirliyi müraciətə iqtisadi və maliyyə vəziyyəti ilə bağlı rəy verəcək. Əvvəllər iqtisadi və maliyyə vəziyyəti ilə bağlı rəyin alınması, eyni zamanda donor kimi fəaliyyət göstərmək üçün qeydiyyata alınma ilə bağlı təkcə donor müraciət edirdisə, indi qeyri-hökumət təşkilatları da bu hüquq verilir. Vahid pəncərə sistemi 2017-ci il yanvarın 1-dən rəsmi fəaliyyətə başlayıb. Artıq bir çox təşkilatlar öz fəaliyyətlərini yenidən beynəlxalq qurumlar və donor təşkilatları ilə bərpa etmək imkanı əldə edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB