Açıq dərs keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda 2016-2017-ci tədris ilində növbəti açıq dərs keçirilib. SİA-nın verdiyi məlumata görə, açıq dərsdə rayonun 114, 141, 232, 270 və 280 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər. Dərsdə iştirak edən şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Ulu Öndərin zəngin irsinin, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədilə "Millət Atası" filmini izləyiblər.

Sonra dərsin mövzusunu elan edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunan bir əbədiyyət dastanıdır. Ulu öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirib, özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə