Əmək pensiyası üçün təyin olunan 12 illik staj məhdudiyyəti aradan qaldırılacaq

Əmək pensiyası üçün təyin olunan 12 illik staj məhdudiyyəti aradan qaldırılacaq

Əmək pensiyasının təyin olunması zamanı nəzərə alınan 12 illik staj məhdudiyyəti aradan qaldırılacaq.

SİA xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 1 299 946 pensiyaçı var. Yaşa görə pensiya alanların sayı 781 min 238, əlilliyə görə 374 min 466, ailə başçısını itirməyə görə 144 min 242 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə