"Psixoloq mütəxəssisdirsə, özünü çətin vəziyyətlərdən çıxara bilməlidir” MÜTƏXƏSSİS RƏYİ
Çox təəssüf ki, son zamanlar insan arasında intihar hallarının çoxalmasının şahidi oluruq. Lakin ötən gün tanınmış psixoloq Dəyanət Rzayevin özünü intihar etməsi xəbəri bu xəbərlərin arasında ən piki idi deyə bilərik. Çünki insanlar ən çətin məqamda psixoloqa müraciət etdiyi bir vaxtda psixoloq özünü intihar etməsi artıq narahatlıq üçün kifayət qədər səbəblər yaradır. Təbii ki, psixoloq da insandır. Lakin başqalarına düşdüyü vəziyyətdən çıxış yolu göstərən bir insanı intiharına nə səbəb ola bilər?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, psixoloqun işdən kənarda, eləcə də şəxsiyyət həyatında müəyyən problemlərinin olması labuddür.
"Dəyanət Rzayev emosional insan idi"
Onun sözlərinə görə, bir mütəxəssis və ya psixoloq öz pasientinin qarşısında öz sahəsini icra edir: "Lakin işdən kənarda təbii ki, psixoloqun da müəyyən emosional hərəkətləri olur və onun intihar etməsi də bu səbəblər sırasında ola bilər. Ola bilsin mövcud olan problemlər insan psixologiyasını affekt halına gətirib çıxarar və nəticədə həmin şəxs intihar edər. Həmkarım Dəyanət Rzayevi tanıyan bir şəxs kimi deyə bilərəm ki, bir az emosional insan idi və ola bilsin ki, bu, amil onun intiharına gətirib çıxarıb".
"Psixoloqun da psixoloqu olmalıdır"
E. Eminova qeyd edib ki, qaydalara görə, psixoloq istiqamət verəndir: "Əgər xəstə istəyirsə, o, sağalmaq iqtidarında olur. Təbii ki, burada cəhd olmasa sağalmaq faktoru da ola bilməz. Psixoloq yol göstərir, pasient isə bu yolla gedib-getməyəcəyini özü müəyyən edir. Psixoloq bir şəxsdir, onun da psixologiyada super vizası olmalıdır ki, o, pasienti ilə bağlı müəyyən məsələləri bölüşsün və özünü lazım olan istiqamətləri həmin super-vizadan götürsün. Yəni psixoloqun da psixoloqu olmalıdır. Bu elm də mövcuddur".
"Psixoloq həqiqətən mütəxəssisdirsə, özünü çətin vəziyyətlərdən çıxara bilməlidir"
Psixoloq vurğulayıb ki, əgər bir şəxs həqiqətən də mütəxəssis, psixoloqdursa, özünü ən çətin vəziyyətlərdən çıxara bilməlidir: "Lakin insanda şüuraltı problemlər meydana çıxdıqda o zaman insan intihar edə, pis vərdişlərə meyllənə bilər. İnsanın intiharını onun yaşadığı stress sürətləndirə bilər. Bir insanın tək yaşaması düşünmürəm ki, intihara səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB