Xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə seminar keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsində "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" tərəfindən müasir epidemiologiyanın tələblərinə uyğun aparılan tədqiqatların təhlili, risk faktorlarının araşdırılması və onun əsasında xəstəliyin yayılmasının qarşısının alınması üçün tövsiyyələrin hazırlanması məqsədi ilə seminar keçirilib. SİA-ya verilən məlumata görə, seminarda brusellyoz xəstəliyinin yayılmasının səbəblərini araşdırılması məqsədilə heyvan sahibləri arasında aparılan sorğular təhlil edilib. Sorğular Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin brusellyoz xəstəliyinə qarşı apardığı sorğuların nəticələrinə əsasən 197 qışlaqda aparılıb. Sorğunun təhlilinə beynəlxalq ekspert R.Ceksonun təklifinə uyğun olaraq ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin magistri cəlb olunub və materialların layihənin dəstəyi ilə metodik vəsait şəklində hazırlanaraq fakütənin epidemiologiya kafedrasının tədris proqramına daxil edilməsi tövsiyə edilib. Seminarda ADAU-nun rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, DBNX-nin nümayəndəsi Ceyhun Əliyev, fakültənin epidemiologiya kafedrasının müəllim heyəti, 4-cü və 5-ci kurs tələbələri və layihənin mütəxəssisləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB