75 yaşlı Cahangir Məmmədli

Bu gün Cahangir Məmmədlinin 75 yaşı tamam olur. O, 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. 1968-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib və burada müəllimlik fəaliyyətinə başlayıb. Yarım əsrə yaxın pedaqoji fəaliyyəti dövründə baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb, jurnalistikanın elmi-nəzəri problemləri ilə bağlı 500-dən çox elmi-publisistik məqaləsi dərc olunub. Ədəbi tənqidə və jurnalistika məsələlərinə dair bir neçə kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir.

C.Məmmədli 2003-2005-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Hollandiyada, Türkiyədə, Rusiyada beynəlxalq seminar, simpozium və konfranslarda, eləcə də Avropa Şurasının layihəsi ilə İctimai Televiziya və Radio Yayımları haqqında Qanunun hazırlanmasında iştirak edib.

SƏS Media Qrupun əməkdaşları da hamının sevimlisi Cahangir müəllimi 75 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona həyatın ən şirin neməti olan cansağlığı arzulayırlar!!!

Bütün xəbərlər Facebook səhifəmizdə