Heyvanat Parkını ziyarət edən insanların sayında artım müşahidə edilib
Hər il olduğu kimi ötən il də Bakı Heyvanat Parkını ziyarət edən insanların sayında artım müşahidə edilib.
SİA-nın verdiyi məlumata görə, 2016-cı ildə parkı 85 min insan ziyarət edib. Ziyarətçilərin 51 mini uşaqların, 34 mini isə böyüklərin payına düşür. Həmçinin, parka 2115 nəfər olmaqla 70 ekskursiya da təşkil olunub.
Bununla yanaşı, ötən il Bakı Heyvanat Parkı üçün bir sıra yeniliklər ilə də yadda qalıb. Belə ki, Çexiyanın aidiyyəti qurumları ilə Bakı Heyvanat Parkı arasında bağlanmış müqaviləyə əsasən bu ölkədən parka iki baş muntcaq, üç baş cırtdan keçi gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB