"ASAN qatar" fevralın 1-dən fəaliyyətə başlayır" AÇIQLAMA

"ASAN qatar" fevralın 1-dən fəaliyyətə başlayır" AÇIQLAMA

"ASAN qatar" fevralın 1-dən etibarən fəaliyyətə başlayacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov deyib.

Qatarın ilk olaraq Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərəcəyini deyən A. Hüseynov bildirib ki, daha sonra qatarın Tovuz rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, vətəndaşlar "ASAN qatar" vasitəsilə 4 dövlət orqanın ( Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunan xidmətlərdən yararlanacaqlar: "ASAN qatar" 4 vaqondan ibarətdir. Burada gözləmə, xidmət zalı, laboratoriya, əməkdaşların istirahət kupeləri mövcuddur. ""ASAN qatar"ın fəaliyyət göstərməsində əsas məqsəd vətəndaşların " Asan xidmət" mərkəzlərinə gəlmədən bir növ dövlət xidmətlərindən öz qapılarında yararlanmaq imkanı əldə etməkdir. Bizim əsas vəzifəmiz vətəndaşların məmnunluğuna nail olmaqdır".

Şöbə müdiri əlavə edib ki, artıq "ASAN qatar"ın fəaliyyət göstərəcək rayonların trayektoriyası ilə bağlı cədvəl artıq hazırdır: " Bu cədvələ uyğun olaraq, "ASAN qatar" mövcud dəmiryolu şəbəkəsi olan rayonlarda xidmətlərin göstərilməsi nəzərdə tutulub. Xidmətlərə bank, foto və tibb xidmətləri də daxil edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə