Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Ağstafa rayonunun Saloğlu qəsəbəsində Acıdərə adlanan ərazidəki otlaq sahəsində 181 partlamamış hərbi sursat (125 millimetrlik 47 "OF-26" tank mərmisi), 15 ədəd 7.62 çaplı patron və 119 ədəd 5.45 çaplı patron) aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan bildiriblər ki, yanvarın 1-dən 25-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı rayonlarında, Lənkəran və Gəncə şəhərlərində üç otlaq sahəsinə, bir hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib. Baxış zamanı 1469 partlamamış hərbi sursat, 33 tank əleyhinə və 2 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 16 min 430 kvadratmetr ərazi yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB