"İnteraktiv açıq dərs" layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında interaktiv açıq dərs təşkil olunub. AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin apardığı açıq dərsdə Günəş və planetlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
"Günəş sisteminin iri cisimləri: planetlər" mövzusunda keçirilən dərsdə Günəşin radiusu, kütləsi, sıxlığı, kimyəvi tərkibi, temperaturu və cazibə sahəsindən danışılıb. Qulu Həziyev bildirib ki, planetlər və onların peykləri, asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər. Merkuri, Venera, Yer, Mars, Yuputer, Saturn, Uran, Neptun haqqında və planetlərin pekləri barəsində şagirdlərə məlumat verilərək qeyd olunub ki, bizim planetimiz, yəni Yer kürəsi günəş ətrafında dövr edən səkkiz planetdən biridir.
Qeyd olunub ki, Merkuri və Vereradan başqa bütün planetlərin təbii peykləri var. Peklər də planetlərin ətrafında dövr edirlər. Ən çox peykə malik olan planet Yupiterdi ki, onun 16 böyük təbii peyki vardır.
Dərsdə Merkuri, Venera, Yer və Mars planetlərinin fiziki və kimyəvi xüsusiyyətlərinin oxşarlığı diqqətə çatdırılıb və qeyd edilib ki, buna görə də onlar eyni bir qrupa daxil edilərək Yer qrupu planetləri kimi adlandırılıb. Bu qrupa daxil olan planetlər öz oxları ətrafında nisbətən asta sürətlə fırlanırlar və onların təbii peyklərinin sayı da az olur. Yuputer, Saturn, Uran və Neptun isə nəhəng planetlər qrupuna daxildir. Nəhəng planetlərin hamısı ancaq qaz halında olan maddələrdən ibarətdir və bu planetlərin fırlanma sürəti çox yüksək olmaqla bərabər, onların təbii peyklərinin sayı da çoxdur.
Vurğulanıb ki, Günəş sistemi barədə müəyyən biliklərə malik olmağımıza baxmayaraq, hələ də öyrənilməyən sahələr vardır.
Məlumat üçün qeyd edək ki, açıq dərs muxtar respublikanın 200 ümumtəhsil məktəbində izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB